Back

Kopiraytinq

Kopiraytinq nədir?

Kopiraytinq (copywriting) reklam və təqdimat mətnlərinin yazılması üzrə peşəkar məşğuliyyət növü hesab olunur. Hər hansı bir məhsulu, kampaniyanı, xidməti, ideyanı və ya insanın özünü reklam edən, məşhurlaşdıran bütün növ mətnlər kopiraytinq məhsuludur. Kopirayter (copywriter) isə reklam və təbliğat mətnlərini və reklam ideyalarını yazan şəxsdir.

Başqa sözlə desək, kopiraytinq inandırıcı üslubdan istifadə edərək müştəriləri cəlb etmək üçün satışyönümlü məzmunların yazılmasıdır. Kopiraytinq ən universal biliklərə sahib olmağı tələb edən, bəlkə də, ən çətin yazarlıq sahəsidir.

Bill Qeytsin dediyi kimi – “Kontent – şahdır!”. Kontenti yaradan isə kopirayterdir

Kopirayterin məqsədi insanların stereotipini sındırmaq, “sevilməyəni sevdirmək”, “inanmayanları inandırmaq”dır.

Sosial media postlarının altındakı reklam xarakterli yazılar, radioda bir markanın gurultulu şəkildə səsləndirilən sloqanı və s. kopirayterin beyin məhsulunun vizuallaşdırılması ilə əldə olunur.

Şirkətlər fəaliyyət göstərdikləri sahədə uğurlu ola bilmək və gəlirlərini yüksəltmək üçün hədəf kütləsi ilə daim qarşılıqlı əlaqədə olmalıdırlar. Ən uğurlu şirkətlər müştəriləri bir şəkildə manipulyasiya etmək üçün kopiraytinqdən istifadə edirlər. İnsan beyni proqnozlaşdırıla bilər. Bu, kopiraytinqin əhəmiyyətini bir daha vurğulayır.

Sosial media platformaları üçün kopiraytinqin vacibliyi!

Sosial media platformaları üçün yaradıcı və cəlbedici məzmun yaratmaq göründüyü qədər sadə iş deyil.
Peşəkar kopirayterlərdən ibarət komandamız müştərilərinizi ovsunlayacaq və istədiyiniz nəticəni ala biləcəyiniz cəlbedici və inandırıcı ideyalar irəli sürəcək. Kreativ yazılardan tutmuş məhsul təsvirlərinə qədər hər növ yazılarınızı bizə rahatlıqla əmanət edə bilərsiniz. Müştərilərində uzunmüddətli təəssürat yaratmaq istəyən hər bir şirkətin bacarıqlı kopirayterə ehtiyacı var.

Müasir dövrdə chat gpt və bu kimi başqa süni zəkadan istifadə edilməsinə baxmayaraq yüksək nəticə üçün təcrübəli kopirayter şərtdir.

Sosial media platformaları üçün yaradıcı və cəlbedici məzmun yaratmaq göründüyü qədər sadə iş deyil.
Peşəkar kopirayterlərdən ibarət komandamız müştərilərinizi ovsunlayacaq və istədiyiniz nəticəni ala biləcəyiniz cəlbedici və inandırıcı ideyalar irəli sürəcək. Kreativ yazılardan tutmuş məhsul təsvirlərinə qədər hər növ yazılarınızı bizə rahatlıqla əmanət edə bilərsiniz. Müştərilərində uzunmüddətli təəssürat yaratmaq istəyən hər bir şirkətin bacarıqlı kopirayterə ehtiyacı var.

Müasir dövrdə “Chat GPT” və bu kimi başqa süni zəkadan istifadə edilməsinə baxmayaraq yüksək nəticə üçün təcrübəli kopirayter şərtdir.