“Yunik” şirkətlər üçün korporativ geyim dəstləri istehsal edən Azərbaycan brendidir. Marka üçün ad düşünərkən əsas məqsəd unikallığı, uniforma istehsalını bildirmək olmuşdur. Ad üç müxtəlif parçanın (“yun”, “ipək”, “kətan”) birləşməsindən yaranmışdır. Eyni zamanda, ingiliscədən “unique” sözünün tələffüz formasını xatırladır.
Loqo hazırlanarkən, korporativ uniformaların təhlükəsizlik cəhətdən önəmli olması prioritet olaraq seçilmişdir. Bu səbəbdən “qalxan” əsas simvol olaraq istifadə olunmuşdur. Loqotipdə istifadə olunmuş xətlər də eyni zamanda təhlükəsizlik məqsədi daşıyır. Xüsusi olaraq neon rəngin seçilməsi ilə ümumi konsept tamamlanmışdır. Rəngin müxtəlif korporativ geyimlərdə tətbiqi işçilərin diqqəti cəlb etməsi üçün hesablanmışdır.
Brendin uğur qazanacağına və adına uyğun fərqlilik yaradacağına inanırıq.